Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib

Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib

Tarix: 18 Aprel 2022 21:44

Rusiya Silahlı Qüvvələri son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan logistika mərkəzini və orada olan böyük sayda xarici silah partiyasını məhv edib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, səhər saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Lvov vilayətində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirib.

"Son 6 gün ərzində ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib", - Konaşenkov vurğulayıb.

O, əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331, Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası isə 84 hərbi obyektə zərbələr endirib.

Milli.Az


Etiketlər:  Ukraynada logistika mərkəzi böyük sayda xarici silahlar məhv edilib


RƏYLƏR