Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın bu kəndi Ukraynadan atəşə tutulub - Qubernator

Rusiyanın bu kəndi Ukraynadan atəşə tutulub - Qubernator

Tarix: 19 Aprel 2022 11:14

Belqorod vilayətinin Qolovçino kəndi Ukraynadan atəşə tutulub, vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib. Onun sözlərinə görə, yerli sakinlər zərər çəkib.

"Xəsarət alan var, bu, yerli sakindir", deyə o, Telegram kanalında yazıb. Sonxeber.net xəbər verir ki, Qladkovun sözlərinə görə, ona tibbi yardım göstərilir.

Kənd Belqoroddan təxminən 50 km aralıda, Ukrayna ilə sərhəddə yerləşir. Orada 4 minə yaxın insan yaşayır. Qəsəbənin yerləşdiyi Qrayvoronski rayonun cənubdan və qərbdən Xarkov və Sumi vilayətləri ilə sərhəddir.

Aslan Məmmədov


Etiketlər:  Rusiyanın kəndi Ukraynadan atəşə tutulub Qubernator


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ