Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 14:22
Qərb Minsk razılaşmalarına məhəl qoymamaq üçün Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyaya qarşı istifadə etdi.
Sonxeber.net bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today" telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, Qərb ondan (Zelenski) Rusiyaya qarşı sadəcə olaraq istifadə etdi. Onun Minsk razılaşmalarına məhəl qoymamaq istəyini gücləndirmək üçün hər şeyi etdilər", - Rusiya XİN rəhbəri deyib.
Lavrovun sözlərinə görə, Zelenskinin sözlərini ciddi müzakirə etmək olmaz, çünki o, öz nöqteyi-nəzərini daim dəyişir.
"Prezident Zelenskinin dediklərini ciddi müzakirə edə bilmərəm, çünki o, öz nöqteyi-nəzərini daima tamamilə əks istiqamətlərdə dəyişir", - deyə diplomatik şöbənin rəhbəri Donbass uğrunda döyüşün sona qədər davam edib-etməyəcəyi və orada sülh olub-olmayacağı sualına cavab verib.
Aslan Məmmədov