Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 16:30
İşğaldan azad olunan ərazilərdəki tarixi abidələrin inventarlaşması aparılır. Artıq Şuşada olan abidələrin elektron xəritəsi də yaradılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi deyib.
''İşğaldan azad olunan ərazilərdə mədəniyyət abidələrinin reysteri aparılır və hazırda onların mühafizə tədbirləri həyata keçirilir''. Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azad Cəfərli deyib. O bildirib ki, 402 abidənin inventarlaşdırılması başa çatdırılıb.Şuşada olan abidələrin elektron xəritələri hazırlanıb.
O bildirib ki, erməni vəhşiliyi ilə üzləşən tarixi abidələrimizlə bağlı həqiqətlər beynəlxalq təşkilatların, dünya ictimaiətinin diqqətinə çatdırılması istiqamətində iş aparılır.
UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumu -İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal isə bildirib ki, mədəni irsə qarşı törədilən vəhşiliklər cavabsız qalmamalıdır
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan forum, panel müzakirələrlə davam etdirilib.