Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 14:25
"Həyatımda əsl sevgini bir dəfə yaşamışam. Söhbət keçmiş həyat yoldaşımdan gedir. O da indi həyatdı da uğursuz alınıb. Bu söhbətin üstündə çox dayanmaq istəmirəm. Allah o insanı da, məni də, övladım Kazımı da xoşbəxt eləsin. Övladımla ata-baladırlar, tez-tez danışırlar. Elə məsələlər olur ki, mən də məsləhət edirəm. Həmin insanla dost kimi ayrılmışıq. O, yaxşı şəxsiyyətdir. Bir-birimizdən inciməmişik. Sadəcə olaraq qismət, alınmadı".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Üzə-düz" verilişindəqonaq olarkən deyib. Xanəndə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:
"Xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir, olmalıdır. Allah hamını xoşbəxt eləsin, amma məndə alınmadı".
Xasıyyeva qız övladı olmasını arzuladığını söyləyib:
"Oğlum Kazımdan sonra bir qız övladı da istəyirdim, amma şəkər xəstəliyinə görə həkimim icazə vermədi. Çatdığımız arzular var, bir də çatmadığımız. Bu da yarım qalan arzularımızdan oldu. Qızım olsaydı, mənə qulluq edərdi. Allah xeyrli övlad versin. Hər bir ana arzulayır ki, onun qızı olsun. Nə etmək olar?".
Müğənni toy qiymətlərindən danışıb:
"Mən baha qiymətə toya getməmişəm heç vaxt. Çalışmışam ki, məclislərində məni görmək istəyən insanların məclisində iştirak edim. Şəkidə də 2 dəfə ev tikdirdim. Burada da ev aldım... Sonra böyük qardaşıma rayonda, burda balaca qardaşıma ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə, hamısına təhsil vermişəm, oxutmuşam. Ali məktəb oxutmuşam, hazırlığa göndərmişəm. Bunlar hamısı göz qabağında olan şeylərdir. 11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm. Bunlar hamısı şərtdir".
K.Xasıyeva atasının onu dəfələrlə döydüyünü etiraf edib:
"Atam məni çox döyüb. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma. Balaca idim. Bir, ya ikinci sinfə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum. Gedirdim qonşuda otururdum, oxuyurdum, atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər elə. Mənim səsimi eşitməsin... Sonralar artıq mən oxuyanda o kövrəlirdi. Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxdı qız uşağının oxumasına yaxşı baxmırdılar. Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm ki, atamızın o vaxdı yaxşı hökmü var idi. Atamızın əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq".