Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1 aydan sonra yenə həbs olundu

1 aydan sonra yenə həbs olundu

Tarix: 20 Aprel 2022 14:44

"Fləş"in ulduzu, amerikalı aktyor Ezra Miller yenidən həbs olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Havay Adaları Polis Departamentinin məlumatına görə, Miller aprelin 19-da ikinci dərəcəli hücumda şübhəli bilinib. O, Böyük Adadakı Pahoa iqamətgahında baş verən insidentdən sonra nəzarətə götürülüb. Hücum şəxsi evdə ziyafətdə baş verib. Miller içəri daxil olmaq istəyərkən buraxılış vərəqi tələb etdikləri üçün qəzəblənib. Yanındakı stulu 26 yaşlı qadının üstünə atıb və alnını yumruqlayıb.

Qeyd edək ki, aktyor martın 27-də də karaoke barda asayişi pozduğu və insanlara hücum etdiyi üçün həbs olunub.

Milli.Az


Etiketlər:  1 aydan sonra yenə həbs olundu


RƏYLƏR