"Mançester Siti”nin sabiq futbolçusu Vinsent Kompaniyə klubun təmsil olunduğu Mançester şəhərində böyük jest edilib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mançesterdəki küçələrdən birinə 11 il "şəhərlilər"in şərəfini qorumuş belçikalı futbolçunun adı verilib.
Qeyd edək ki, Vinsent Kompani ötən mövsümün sonunda "Siti"dən ayrılaraq "Anderlext"ə keçib.