Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 08:54
Xaçmazda həmkəndlisini güllələyən Nail Mayılovun məhkəməsi başlayır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələ ki məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində baş verib.
Belə ki, gecə kənd sakini N.Mayılov şəxsi münasibətlər zəmnində həmkəndlisi 1989-cu il təvəllüdlü Cavid Mahmudova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
Faktla bağlı N.Mayılova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.