Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 18:45
Bakı. Samir Əli - Trend:
Bakıda marşrut avtobusunun "Man" markalı yük avtomobili ilə toqquşması ilə bağlı şübhəli şəxs qismində saxlanılan hər iki sürücü həbs olunub.
Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 27-də Xəzər rayonu ərazisində “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmasında şübhəli bilinən sürücülər - 1988-ci il təvəllüdlü Rauf Dadaşov və 1969-cu il təvəllüdlü Hüseyn Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.
Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 27-də Bakının Xəzər rayonu ərazisində Mərdəkan-Bakı avtomobil yolunda “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili həmin istiqamətdə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan 29 nəfər şəxs xəsarətlə xəstəxanaya gətirilib, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin