Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid ailələrini aldadaraq pullarını alan şəxslə bağlı - DİN-dən açıqlama

Şəhid ailələrini aldadaraq pullarını alan şəxslə bağlı - DİN-dən açıqlama

Tarix: 21 Aprel 2022 23:50

Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov bildirib ki, nazirlik bu məsələdən məlumatlıdır:

"Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


Etiketlər:  Şəhid ailələrini aldadaraq pullarını alan şəxslə bağlı DİN dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ