Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

Tarix: 22 Aprel 2022 00:12

Bu gün Ramazan ayının 21-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 22-də Bakıda imsak saat 04:20, iftar isə saat 19:41-dədir.

Ramazan ayının 21-ci gününün duası:

"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

Tərcüməsi:

"İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!"

Allah orucunuzu qəbul etsin!

Milli.Az


Etiketlər:  Ramazanın 21 ci günü dua imsak iftar vaxtı


RƏYLƏR