Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 07:20
"Müharibə başlayandan indiyə kimi Ukrayna təxminən 550 milyard itirib".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
"İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib", - deyə Ukrayna prezidenti BVF və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib.
Onun sözlərinə görə, ölkədə iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.
Ukraynanın baş naziri Denis Şmıqal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.