Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 11:44
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da dayanmaq fikrində deyil. O, ordunun qarşısına əsas məqsəd qoyub və onun reallaşacağını gözləyir.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, Danilov bu barədə İctimai televiziyaya müsahibəsində bildirib.
"Biz başa düşürük ki, Putin dayanmaq fikrində deyil. Nə 9 may, nə 10 may, nə də 20 may. Putinin hərbçilərinin qarşısına qoyduğu vəzifə çox sadədir - dövlətimizi məhv etmək. Onların başqa bir vəzifəsi yoxdur", - Danilov bildirib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğulayıb ki, Rusiya Ukraynanı dövlət hesab etmir və onun məhvi üçün plan hazırlayıb.
"Bunun necə baş verməsi ilə bağlı plan yazılmışdı", - Danilov əlavə edib.
Aslan Məmmədov