Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hərbçiləri bolşeviklərin əməlini təkrarladı: antik unitaz oğurlandı

Rusiya hərbçiləri bolşeviklərin əməlini təkrarladı: antik unitaz oğurlandı

Tarix: 23 Aprel 2022 14:26

Bu dəfə Rusiya hərbçilərinin hədəfi Ukraynanın Zaporojye vilayətinin Vasilyevski rayonundakı "Popov mülkü" tarixi-memarlıq muzey-qoruğu olub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, əvvəlcə muzey artilleriya atəşi ilə vurulub, sonar isə qarət başlanıb.

Muzey-qoruğun direktoru Anna Qolovkovun sözlərinə görə, rus əsgərlər əşyaları çanta-çanta yığıb aparıblar:

"Bu, azmış kimi digər antik avadanlıqlar yararsız hala salınıb. Qarşılarına çıxan hər şeyi məhv ediblər".

Ən qəribəsi isə, hərbçilərin muzeydən oğurladıqları unitaz olub. Bu, adi unitaz olmayıb. Əşya 19-cu əsrə aiddir və mərmərdən hazırlanıb.

"Mərmər unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanmışdı. Sonradan muzeyə qaytarılmışdı. Bəxtsiz unitaz yenidən oğruların əlinə keçdi", - deyə Zaporojyenin Mədəniyyət və turizm departamentinin direktoru Vladislav Moroko bildirib.


Etiketlər:  Rusiya hərbçiləri bolşeviklərin əməlini təkrarladı antik unitaz oğurlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ