Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 14:44
İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin komandanının müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində olub.
Məlumata görə, hadisə baş verən zaman Mahmud Absalan Zahidandakı nəzarət-buraxılış məntəqələrindən birində olub. Bildirilib ki, avtomobillə keçən naməlum şəxslər atəş açaraq onu öldürüblər. Mahmud Absalan İnqilab Keşikçiləri Qvardiyasının generallarından birinin mühafizəçisi işləyirmiş.
Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlirza Mərhəməti hücum etməkdə şübhəli bilinənlər Zahidan şəhərinin girişindəki nəzarət buraxılış məntəqəsində tutulublar.
Qeyd edək ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır.