Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı

Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş  yaralandı

Tarix: 23 Aprel 2022 19:20

Qazaxda bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.

Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Qazaxda bədbəxt hadisə Partlayışda yeniyetmə bacı qardaş yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ