Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 10:54
Ukraynanın Melitopol şəhərindəki Bolqarstanın konsulu oğurlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Melitopol meri İvan Fedorov məlumat verib.
"Ölkə boyu 50-dən çox həmkarım oğurlanıb. Bu gün onlardan 29-u qarşı tərəfdə həbsxanada saxlanılır. Bir neçə saat əvvəl məlum olub ki, Melitopolda Bolqarıstanın fəxri konsulu oğurlanıb",- deyə o bildirib.
Melitopoldakı əməliyyat vəziyyətinə gəlincə, Fyodorov bildirib ki, artıq dördüncü gündür ki, rus hərbçiləri Zaporojye istiqamətində getmək istəyən sakinləri buraxmırlar.
"Son dörd gündə onlar Zaporojyedə istənilən evakuasiya marşururtu tamamilə bloklanıb. Yalnız Krıma getməyə imkan verirlər", - deyə o bildirib.
Merin sözlərinə görə, şəhərdə nağd pul yoxdur.