Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 15:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. R. T. Ərdoğan müzakirə prosesindən əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib. O, Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib.