Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 16:15
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ötən günlərdə vəfat edən keçmiş qayınatası Tufan Karelin dəfninə qatılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi babası ilə vidalaşması üçün oğlu Cihangiri də ora aparıb. O, dəfndən fotoları sosial media hesabında paylaşıb.
Günay paylaşımına "Tufan əmi, nur içində yat. Gözəl yeməklər bişirirdiniz mənə, sizi elə xatırlayacağam. Məkanınız cənnət olsun" sözlərini yazıb.
Qeyd edək ki, G.Musayeva aktyor Tolqa Karellə evli olub. Atası vəfat edən Tolqa hazırda Amerikada yaşayır. O, ikinci dəfə ailə qurub.