Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 20:21
Bakı. Trend:
Lerik şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.
Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin