Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok-da yarışanları ''dilənçi'' adlandırdı - Biabırçılıqdır

TikTok-da yarışanları ''dilənçi'' adlandırdı - Biabırçılıqdır

Tarix: 26 Aprel 2022 02:25

Aktyor-müğənni Cavidan Novruz TikTok-da canlı yayıma girən və oyunlara qoşulan sənət adamlarını tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Fatehin divanı" proqramında danışıb. Cavidan bildirib ki, TikTok-da oturmağı özünə yaraşdırmır:

"TikTok-da yoxam. Tanınan adam, sima TikTok-da oturub, tamaşaçıdan nəsə dilənməməlidir. Azərbaycanda TikTok bunun üçündür. Tanınmış adam əlçatmaz zirvədir. Bəzən elə hərəkət edirlər ki, deyirsən onu elə uzaqdan tanımaq yaxşıdır. Məni cəlb ediblər, amma demişəm bacarmaram. Oturub saqqız çeynəyə-çeynəyə "filankəs filan şey göndərin" deyə bilmərəm. Bu, biabırçılıqdır".

Milli.Az


Etiketlər:  TikTok yarışanları dilənçi adlandırdı Biabırçılıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ