Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xırdalanda restoranda yanğın - FOTO

Xırdalanda restoranda yanğın - FOTO

Tarix: 26 Aprel 2022 07:12

Xırdalanda restoranda yanğın olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğın axşam saatlarında başlayıb.

Belə ki, yanğın restoranın mətbəxində baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

FHN Xırdalanda yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, ümumi sahəsi 100 m² olan restoranın mətbəxində havatəmizləyici qurğunun içərisində yağ qalıqları yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Xırdalanda restoranda yanğın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ