Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib - FOTO

Artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib - FOTO

Tarix: 26 Aprel 2022 09:36

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.

Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.

Milli.Az


Etiketlər:  Artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib FOTO


RƏYLƏR