Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 09:56
"Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində ölkənin kənd təsərrüfarına ciddi zərbə dəyib".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Kənd təsərrüfatına yararlı sahələrin azalması səbəbindən taxıl istehsalı ötən ilə nisbətən təxminən 20 faiz aşağı olacaq. Ukrayna kənd təsərrüfatı məhsullarının istehsalı və ixracına görə dünyada dördüncü yerdədir. Ukraynadan taxıl tədarükünün azalması inflyasiyaya səbəb olacaq. Beləliklə, taxıl bahalaşacaq. Taxılın yüksək qiymətləri qlobal ərzaq bazarlarına ciddi təsir göstərə bilər. Bu, xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş bəzi ölkələrdə qlobal ərzaq təhlükəsizliyini təhdid edə bilər", - hesabatda deyilir.
Qeyd edək ki, daha əvvəl BMT-də Ukraynadakı müharibənin dünyada aclığa səbəb ola biləcəyinə dair xəbərdarlıq etmişdi.