Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kirkorov və Qaqarinanın Estoniyaya girişi qadağan edilib

Kirkorov və Qaqarinanın Estoniyaya girişi qadağan edilib

Tarix: 26 Aprel 2022 13:24

Rusiyalı sənətçilər Filipp Kirkorov və Polina Qaqarinanın Estoniyaya girişi qadağan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, bu ifaçıların ölkəyə girişinə 5 illik qadağa tətbiq edilib. Bu qərarın Qaqarina və Kirkorovun Rusiyanın Ukraynadakı müharibə əməliyyatlarını dəstəkləməsi ilə bağlı olduğu qeyd olunur. Maraqlıdır ki, hər iki musiqiçinin bu ay Tallində çıxışı nəzərdə tutulmuşdu.

Estoniyanın baş naziri Kaya Kallas vurğulayıb ki, "müharibədə hər şey ağ-qaradır". Onun sözlərinə görə, Rusiyanın hərəkətlərinə haqq qazandıran insanlar qara tərəfindədirlər.

Həmçinin mart ayında məlum olmuşdu ki, Latviya Xarici İşlər Nazirliyi də əyləncə və mədəniyyət sahəsində fəaliyyət göstərən 25-dən çox rusiyalı xadimi arzuolunmaz şəxslər siyahısına əlavə edib. Nazirlik martın 18-də Lujnikidə Krımın Rusiyaya birləşdirilməsi şərəfinə keçirilən konsert-mitinqdə iştirak edən sənətçilərin ölkəyə girişini qadağan etmək qərarına gəlmişdi.

"Qara siyahı"ya xüsusən rejissor Nikita Mixalkov, dirijor Valeri Gergiev, aktyorlar Vladimir Maşkov və Dmitri Pevsov, ifaçılar Stas Mixaylov, Timati, Polina Qaqarina və başqaları daxil olub.

Milli.Az


Etiketlər:  Kirkorov Qaqarinanın Estoniyaya girişi qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ