Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firuzə İbadovadan “Moşu”ya dəstək: “Bizi xalq dolandırır” ifadəsi...”

Firuzə İbadovadan “Moşu”ya dəstək: “Bizi xalq dolandırır” ifadəsi...”

Tarix: 26 Aprel 2022 14:40

"Valeh Kərimov düz deyir, aktyorların hamısı toya getmir, tamaşada oynayır, ondan maaş alırlar".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova Xalq artisti Valeh Kərimovun sənət adamlarına çağırışına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Valeh Kərimovun çağırışı aktyorlara ünvanlanıb:

"Müğənnilər toy şənliklərinə gedirlər. Bir başa xalqımızla təmasda olub pul qazanır və ailələrini saxlayırlar. Mədəniyyət sayəsində çalışan adamların hər birinə xalqımızla bərabər dövlət də dəstək verir. Hər bir sənət adamının üzərində dövlət qayğısı var. Fəxri ad, evlər verilirsə, bu, dövlətin qayğısıdır".

Füruzə İbadova "Bizi xalq dolandırır" ifadəsinin müğənnilərə aid olduğunu hesab edir:

"Müğənni efirə çıxıb nə deməlidir? Toya gedir, belə olan halda xalqdan dolanır. Müğənni toyu idarə edir, məclisin bütün ağırlığını çiyinlərinə götürür".

Qeyd edək ki,  Xalq artisti Valeh Kərimov sənət adamlarına səslənərək bildirib ki, onlar "məni xalq dolandırır" sözünü deməməlidir.

Milli.Az


Etiketlər:  Firuzə İbadovadan Moşuya dəstək Bizi xalq dolandırır ifadəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ