Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalkinə cinayət işi açıla bilər

Qalkinə cinayət işi açıla bilər

Tarix: 26 Aprel 2022 15:15

Yaxın vaxtlarda Maksim Qalkinə qarşı cinayət işi açıla bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "PUL" "Telegram" kanalının mənbələri məlumat verib.

"Maksim Qalkinlə bağlı yaxın vaxtlarda "Rusiya Federasiyası Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı qəsdən yalan məlumatın yayılması" maddəsi ilə cinayət işi başlanacaq. Yəqin ki, səbəb Qalkinin Rusiyanın raketlərlə Ukraynada yaşayış binasını vurması və nəticədə mülki əhalinin, o cümlədən üç aylıq körpənin ölməsi ilə bağlı təzə açıqlamasıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, məşhur komediya ustası Rusiya hökumətini və ordusunu Ukraynada yaşayış binalarını atəşə tutmaqda və dinc sakinləri öldürməkdə ittiham edib:

"Baş verən bu qədər dəhşətli hadisələrdə günahkar Rusiyadır. Amma buna baxmayaraq deyir ki,  günahkar deyil. Buçadakı vəhşiliklər - biz deyilik. Malayziya "Boeing"i - biz deyilik. Mariupol yerlə-yeksan edilib - biz deyilik. Odessaya raket uçur - bu bizik, amma tam da biz deyilik. Heç birini biz etməmişik. Bəs orada nə işimiz var?"


Etiketlər:  Qalkinə cinayət işi açıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ