Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"1 milyon dollar xərclədim, 9 evimi satdım"

Tarix: 28 Aprel 2022 19:35

Aktyor Erhan Yazıcıoğlu Armağan Çağlayanın yutub layihəsinin qonağı olub. Səmimi açıqlamalar verən sənətçi bir vaxtlar çox şorgöz olduğunu və 11 dəfə nişanlandığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1997-ci ildən bu yana Müge Yazıcıoğlu ilə evlənən aktyorun Begüm və Burçak adlı iki qız övladı var.

Yazıcıoğlu atasının varlı bir şəxs olduğunu, amma qumar oynadığını söyləyib:

"Buna görə də hər şeyini itirdi. Fabriki var idi, getdi. Biz üzüm sevirdik deyə, bağ satın almışdı. "Cadillac" avtomobili ilə bərbərə gedərdik. 48 yaşında anam xərçəngdən vəfat etdi. Adam qadın düşkünü idi: 4 ayrı evi və 4 ayrı xanımı varıydı".

Xərçəngdən əziyyət çəkən aktyor "Heç məyus olmadım. 14 il mübarizə apardım: 1 milyon doll xərclədim. 9 evimi satdım. pulumu nə qadın, nə qumar yedi, dərmanlar apardı" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  1 milyon dollar xərclədim 9 evimi satdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ