Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 16:36
"Cəmiyyət bunu ianə fondu kimi başa düşür. Təəssüf ki, bu belə deyil. Söhbət ailə -məktəb birgə qurumlarından gedir".
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev məktəblərdə valideynlərin ianə etmələri üçün xüsusi fond qurulacağı idialarına cavab verərkən belə deyib.
Nazir dünyanın müxtəlif ölkələrində belə modellərin tətbiq olunduğunu bildirib.
Təhsil naziri məktəblərdə müəllimlərin şalvar geyinməsi məsələsinə də münasibət bildirib.
Emin Əmrullayev informatika fənninin qəbul imtahanlarına salınacağını qeyd edib. Nazir bunun ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacağını vurğulayıb.
Təhsil naziri məktəblərdə şagirdlərin bullinqə məruz qalması ilə bağlı bir neçə min müəllimin təlim prosesi keçdiyindən də danışıb. Onun sözlərinə görə, təlimat formaları da hazırdır. Pandemiya şəraitinə görə həmin formaların tətbiqində müəyyən problemlər yaşandı. Yeni tədris ilindən bir neçə məktəbdə pilot qaydada bunun tətbiqi planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: