Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milyonçunun gözü indi də bu aktrisaya düşüb

Milyonçunun gözü indi də bu aktrisaya düşüb

Tarix: 29 Aprel 2022 20:44

Sosial media fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi sosial media hesabında yazdığı şərhlə gündəm olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mohammed aktrisa Serenay Sarıkayanının uzun müddət əvvəl paylaşdığı fotolardan birinin şərh bölümünə "Möhtəşəm parça" sözünü yazıb və ürək emojisini qoyub.

Onun bu hərəkəti izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Mohammedin ünvanına "Serenay öz ayaqları üstə durur, yanlış qapıdasan", Serenay sənə baxmaz", "Mohammedi "Tinder fırıldaqçısı"na oxşadan təkcə mənəm?" kimi şərhlər gəlib.

Xatırladaq ki, bir müddət əvvəl "Sizdən deyil, sizin üçün daha çoxunu istəyən birini tapın. O vaxta qədər hamıdan əvvəl mən varam" sözləri yer alan paylaşımı ilə diqqət çəkmişdi.

Qeyd edək ki, Şeyma ilə Mohammed ayrılıb.

Milli.Az


Etiketlər:  Milyonçunun gözü indi bu aktrisaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ