Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 21:38
Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı cümə günü (29 aprel - red) deyil, şənbə günü (30 aprel - red) baş tutacaq.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə "BFM" telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Telefon danışığının dəqiq vaxtı hələlik təsdiqlənməyib.
Qeyd edək ki, Makron Yuxarı Pireney departamentinə səfəri zamanı jurnalistlərə bildirib ki, bu gün axşam Zelenski ilə telefonla danışmaq niyyətindədir. O, Ukrayna prezidenti ilə müzakirə etməyi planlaşdırdığı mövzuları açıqlamayıb, lakin qeyd edib ki, Ukraynadakı vəziyyət hələ də narahatlıq doğurur.