Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəhəng hotel şəbəkəsi Rusiyanı tərk edir

Nəhəng hotel şəbəkəsi Rusiyanı tərk edir

Tarix: 30 Aprel 2022 10:24

Böyük Britaniyanın hotel operatoru "InterContinental Hotel Group" (IHG) Rusiya bazarını tərk etməyə hazırlaşır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Holiday Inn"in Rusiyadakı mülkünün sahiblərindən biri və iki məsləhətçi mənbə bildirib.

Qeyd edilir ki, IHG Rusiyadakı hotel sahibləri ilə idarəetmə müqavilələrinə xitam vermək üçün danışıqlar aparır, şirkət obyektlərin sahibləri ilə "əməliyyat fəaliyyətində dəyişiklikləri" müzakirə edir.

IHG-nin qərargahı bununla bağlı şərh verməyib.

IHG Rusiya hotel bazarında üç ən böyük beynəlxalq şəbəkədən biridir. Onun Rusiyadakı brendlərinə "Holiday Inn", "InterContinental", "Crowne Plaza" və "Indigo" daxildir.


Etiketlər:  Nəhəng hotel şəbəkəsi Rusiyanı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ