Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 20:36
Aprelin 16-da Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun cəsədi Yuxarı Qarabağ kanalının Mingəçevir şəhərinin "Vaqon şəhərciyi" deyilən məntəqəsi yaxınlığından keçən hissəsində aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, suda batan şəxs 19 yaşlı Allahverdi Əhmədovdur. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün əvvəl qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. Aprelin 16-da isə Allahverdi yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Qeyd edək ki, A.Əhmədov 6 ayın əsgəri olub.