Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Şahin Həsənli Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirdi - VİDEO

Hacı Şahin Həsənli Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirdi - VİDEO

Tarix: 3 May 2022 09:46

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirib.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dinimizdə Ayın görünməsi əsas şərt hesab olunur:

"Bayram Ayın görünməsi ilə məlum olur. Quranda da qeyd olunur ki, sizlərdən kim Ayı gördüsə, oruc tutsun. Yəni Ayı müşahidə etdikdən sonra oruc oluruq, və yaxud da orucumuzu açıb, bayramı qeyd edirik. Bu dinimizin qaydalarıdır. Bu məsələlər hazırda elmi görüşlər və dini baxışlarla birgə tənzimlənir.

Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey demək olmur. Çünki bəzən hava şəraiti və s. amillər Ayın müşahidə edilməsinə mane ola bilər. Ona görə də bunlar ehtimallar əsasında deyilir. Birmənalı şəkildə deməliyəm ki, bu məsələdə hansısa siyasi çalar yoxdur. Bu məsələni siyasiləşdirmək kökündən yanlışdır. Bu şəriət məsələsidir".

Milli.Az


Etiketlər:  Hacı Şahin Həsənli Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ