Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinli bəyəndiyi maşını oğurlamaq üçün avtomobil zavodunda işə düzəlib

Çinli bəyəndiyi maşını oğurlamaq üçün avtomobil zavodunda işə düzəlib

Tarix: 3 May 2022 11:02

Çində 31 yaşlı Tszin Mou "BYD Qin" hibrid avtomobilinə olan həvəsinə görə həbsxanaya düşüb.

Çanşa şəhər Yuyxua dairə məhkəməsinin yeni dərc edilən sənədlərinə görə, o, "BYD Qin" markalı avtomobili o qədər bəyənib ki, maşını istehsal edən fabrikdə işə düzəlib və həmin avtomobillərdən birini oğurlamağa qərar verib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, işə düzəldikdən iki ay sonra Mou hazır məhsulun anbara daxil olması fürsətindən istifadə edib və yeni avtomobili oğurlamaq istəyib. Lakin avtomobilin sənədləri olmadığı üçün çinli ərazini tərk edə bilməyib.

Nəticədə avtomobili ilkin yerinə qaytarmaq lazım gəlib.

Bir qədər sonra Tszin eyni avtomobili oğurlamağa ikinci dəfə cəhd edib. O, fabrikin ərazisində müvəqqəti hasar taparaq onu dağıdıb və sevimli avtomobili ilə müəssisəni tərk edib. Oğru GPS sistemini söndürərək yol hərəkəti qaydalarını pozmamağa çalışıb. Lakin ertəsi gün o, polis tərəfindən saxlanılıb.

Mou cərimə olunaraq həbs cəzasına məhkum edilib.


Etiketlər:  Çinli bəyəndiyi maşını oğurlamaq üçün avtomobil zavodunda işə düzəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ