Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 11:50
ABŞ Konqresinin hələ yanvarda Ukraynaya silah tədarükü ilə bağlı qəbul etdiyi qərarlar NATO-nun ölkəni Rusiyaya hücuma hazırlamaq niyyətini təsdiqləyir. Ukraynada hərbi xüsusi əməliyyata başlayan Rusiya prezidenti Vladimir Putin bunun qarşısını ala bilib.
Sonxeber.net xəbər verir ki, bu fikri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.
"Əsgər və zabitlərimiz böyük faciənin qarşısını aldılar. NATO Ukraynanı ölkəmizə hücuma hazırlayırdı. Ukraynaya silah tədarükü ilə bağlı bütün qərarların yanvar ayında ABŞ parlamenti tərəfindən qəbul edildiyini başqa necə izah etmək olar. Yəni xüsusi hərbi əməliyyat başlamazdan əvvəl", - Volodin vurğulayıb.
O qeyd edib ki, ukraynalılar bu gün Vaşinqton üçün sadəcə "xərclənən materialdır", "millətçilik isə Kiyevin dövlət ideologiyasına çevrilib".
"Prezident Putinin qəbul etdiyi qərarlar olmasaydı, bizim ölkə ərazisində hərbi əməliyyatlar aparılardı. O, Rusiyaya hücumun qarşısını ala bildi", - Volodin vurğulayıb.
Aslan Məmmədov