Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Flora Kərimova gündəm olan arxiv VİDEOsundan yazdı

Flora Kərimova gündəm olan arxiv VİDEOsundan yazdı

Tarix: 4 May 2022 13:15

Xalq artisti Flora Kərimova son zamanlar sosial şəbəkələrdə gündəm olan 14 yaşında çəkilmiş görüntülərindən danışıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib. 

Kərimova həmin arxiv kadrının tarixindən söz açıb:

"Məcburən İkinci Dünya müharibəsinə qatılan və savaşdan 300 mindən çox itki ilə çıxmış, tükənmiş bir məmləkətin övladı idim. 14 yaşım olardı, bəlkə bir qədər çox... Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sari dolamışdı. İndiyə kimi səbəbini də bilmirəm.

Mənim üçün o an o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim.Tək elə bu mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim. Əlbəttə ki, indiki gəncliyə hər şey asan başa gəlir. Əldə olunan o "asanlıq" nəyin bahasına oldu? Arada vicdanınızı silkələyin! Heç vaxt keçmişimdən utanmamışam, çünki deyəcəyim hər sözü belə düşünüb danışıram. O ki, qala uşaqlığımdan...    

Çirkin uşaqlığım olubsa, bu mənim günahım deyil. Ezop demiş: "Şikayətiniz mənədir, yoxsa yaradanıma?!".

Milli.Az


Etiketlər:  Flora Kərimova gündəm olan arxiv VİDEOsundan yazdı


RƏYLƏR