Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 15:10
"Jansowah" təxəllüsü ilə məşhur türkiyəli müğənni Gülər Selçuk keçmiş nişanlısı Furkan Akandan ayrıldıqdan sonra Fransada məskunlaşsa da, canını qurtara bilməyib.
Belə ki, klip çəkilişi üçün İstanbula qayıdan gənc qadını nişanlısı hava limanından qaçırıb, evinə aparıb və dəfələrlə döyüb.
Bu barədə "Haber Global" xəbər yayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, ifaçının nişanlısından ayrılma səbəbi gəncin həddindən artıq qısqanc olması və təzyiqlər göstərməsi olub.
İddialara görə, qadını evindən buraxdıqdan sonra onun əşyalarının olduğu çamadanı qaytarmayıb, beləliklə, məşhur müğənnini yenidən evinə gəlməyə məcbur edib və hər dəfə gənc qadını döyüb.
Hətta klip çəkilişlərində belə Akan keçmiş nişanlısından əl çəkməyib, çəkiliş meydançasında dava çıxarıb və müğənnini döyüb. Bundan sonra qadın yenidən Fransaya qayıtmaq məcburiyyətində qalıb.
Akan isə sosial media hesabından ona "İstanbula qayıtsan, üzünə sulfat turşusu atacam, sonun Bergen kimi olacaq, onunla eyni taleyi yaşayacaqsan", - deyə hədə-qorxu gəlib.
Bundan başqa o, gənc ifaçının ardınca Fransaya yollanacağını və onu öldürəcəyini deyib. Həmçinin nişanlı olduqları müddətdə çəkilən fotoları qızın ailəsinə yollayıb.
Gülər Selçuk bununla əlaqədar məhkəməyə müraciət edib və polis mühafizəsi tələb edib. O, həmçinin Baş Prokurorluğa şikayət edərək keçmiş nişanlısı tərəfindən dəfələrlə döyüldüyünü iddia edib və keçmiş nişanlısının videogörüntülərlə onu gözdən saldığını qeyd edib. Qadının sözlərinə görə, Akanın ailəsinə göndərdiyi foto və videolara görə qardaşı infarkt keçirib.