Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tanrının əli” filmi dörd italyan “Oskar”ı qazanıb

“Tanrının əli” filmi dörd italyan “Oskar”ı qazanıb

Tarix: 4 May 2022 21:26

Paolo Sorrentinonun "Tanrının əli" filmi İtaliyanın dörd "David di Donatello" mükafatını qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mükafatlar ən yaxşı film, rejissor və operator işi üzrə təqdim edilib, həmçinin Tereza Saponanjelo "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında qalib olub.

Filmdə ötən əsrin 80-ci illərində argentinalı əfsanəvi futbolçu Dieqo Maradona İtaliyanın Neapol şəhərinə gəldikdən sonra həyatı kəskin şəkildə dəyişən gəncdən bəhs edilir.

"Tanrının əli" Venesiya film festivalında Qran-pri mükafatına layiq görülərək, "Oskar"a namizəd olub.

Rejissorun 2013-cü ildə çəkdiyi "Möhtəşəm gözəllik" filmi "Oskar", "Qızıl qlobus" və "Bafta" mükafatlarını qazanıb. O, "Gənc Papa" və "Yeni Papa" serialları ilə yanaşı, "Gənclik", "Loro" və bir çox başqa filmlərin də müəllifidir.

Qeyd edək ki, 1956-cı ildən "İtaliya Kinematoqrafiya Akademiyası" tərəfindən verilən "David di Donatello" mükafatı italyan "Oskar"ı adlanır.

Milli.Az


Etiketlər:  Tanrının əli filmi dörd italyan Oskarı qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ