Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalq Bank''ın otuzuncu filialı fəaliyyətə başladı

''Xalq Bank''ın otuzuncu filialı fəaliyyətə başladı

Tarix: 18 Aprel 2019 12:48

Bakı. Trend:

Aprelin 15-də ASC “Xalq” Bankının Mərdəkan qəsəbəsində yeni filialı fəaliyyətə başlayıb. “Mərdəkan” filialı Bankın sayca otuzuncu, Bakı şəhərində fəaliyyət göstərən onuncu filialıdır. Yeni filial əhaliyə, sahibkarlara və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Bakı şəh., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, Yesenin küç., 334 ünvanda yerləşir. Telefon: (+994 12) 454 06 45.

Filial şəbəkəsinin inkişafı "Xalq Bank"ın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdən biridir. Hazırda Bankın 20-si regionlarda olmaqla otuz filialı fəaliyyət göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xalq Bankın otuzuncu filialı fəaliyyətə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ