Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 16:12
"Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil: "İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar".