Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 23:56
Ermənistan polisi Baş nazir Nikol Paşinyanı söyən gənci axtarır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, 29 aprel 2022-ci il tarixində saat 06:30 radələrində Sayat-Nova prospektində gənc oğlan Baş naziri təhqir etməyə başlayıb.
Bundan sonra həmin gün saat 06:48-də həmin şəxsin kafelərdən birinin pəncərələrindəki şüşə və alüminium çərçivələri zədələdiyi barədə məlumat daxil olub.
Faktla bağlı cinayət işi açılıb, adı çəkilən gəncin tapılması istiqamətində tədbirlər görülür.