Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 13:54
Mayın 7-də səhər saatlarında Rusiya Xarkov vilayətində Krasnoqrad şəhərini raketlərlə atəşə tutub. İlkin məlumatlara görə, zərbə nəticəsində ölən və yaralanan yoxdur.
Sonxeber.net bildirir ki, bu barədə Xarkov regional hərbi idarəsi məlumat yayıb.
"Krasnoqrad icmasının kritik infrastruktur obyekti düşmən tərəfindən atəşə tutulub. İlkin məlumatlara görə, Rusiya səhər saat 8-dən sonra 2 zərbə endirib. Atəş nəticəsində ətrafdakı binalar və avtomobillər zədələnib", - idarə bildirib.
Əhali arasında itki olmayıb. Atəşlə bağlı məlumatlar dəqiqləşdirilir.
Aslan Məmmədov