Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 19:20
Sonxeber.net teleqraf.com-a istinadən dünyanın ən qəribə rekordlarını təqdim edir.
- Ən böyük quş yumurtası dəvəquşudur. Uzunluğu 15-20 santimetr, çəkisi orta hesabla 1,7 kiloqramdır. Qaynadılaraq bişirilməsi təxminən 40 dəqiqə vaxt alır.
- Dünyada ən çox övladı olan qadın 1707-1782-ci illərdə yaşamış rus qadındır. O, 16 əkiz, 7 üçəm və 4 dördəm olmaqla 69 uşaq dünyaya gətirib.
- Bir doğuşla dünyaya makasimum 6 uşaq gəlib.
- İndiyədək yaşamış ən ağır çəkili insan Vaşinqtonda yaşayan Con Brover Minnoçdur. Onun 635 kiloqram çəkisi olub.
- İnsanda orta hesabla 80 trilyon hüceyrə var. Əgər bu hüceyrələrdəki xromosomlar hüceyrələrdən çıxarılıb uç-uca birləşdirilərəsə uzunluğu 136 milyard kilometrə çatar.
- Beynimizdə 100 milyard sinir hüceyrəsi var. 18 yaşdan sonra hər gün bu hüceyrələrdən mini məhv olur.
- Bir insan maksimum 46,5 dərəcə istiliyə dözə bilər. Normalda isə bu göstərici 35-37 dərəcədir.
- Ən uzun ürək dayanması 4 saat olaraq qeydə alınıb. Bir norveçli 1987-ci ilin dekabrında dənizə düşərək ürəyi dayanıb. Bədən temperaturunun aşağı olması səbəbilə yenidən həyata qaytarılıb.
- Ən yüksək iybilmə qabiliyyətinə malik heyvan imperator güvəsinin erkəyidir. O, antenaları ilə dişiləri 11 kilometr uzaqdan aşkar edə bilir.
- Ən ağır məməli dili 1947-ci ildə rus dənizçiləri tərəfindən tutulan dünyanın ən böyük heyvanı olan mavi balinaya aiddir. Onun dilinin çəkisi 4,3 tondur.