Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada xərçəng xəstələrinin müalicəsi tamamilə dayanıb

Ukraynada xərçəng xəstələrinin müalicəsi tamamilə dayanıb

Tarix: 8 May 2022 22:27

Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində Ukraynada bu gün xərçəng xəstələrinin müalicəsi tamamilə dayandırılıb. Həmçinin insulinə çıxış və antibiotik çatışmazlığı ilə bağlı problemlər yaranıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Cəsur Ukrayna" xeyriyyə gecəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ukraynanın şərqində ən adi dərmanların belə kəskin çatışmazlığı hiss olunur.

"Ukraynanın şərqində və cənubundakı müvəqqəti olaraq işğal olunmuş vilayətlərində tibbi xidmətlərə və dərmanlara çıxışla bağlı fəlakətli vəziyyət hökm sürür, ən adi dərmanlar belə çatışmır", - deyə o bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Ukraynaya və Avropaya xərçəng xəstələrinin müalicəsinin tam dayanması, şəkərli diabet xəstələri üçün insulin çatışmazlığı, cərrahi əməliyyatların keçirilə bilməməsi kimi bir neçə ay əvvəl ağla belə gəlməyən problemlər gətirib.

Bundan əlavə, Zelenskinin sözlərinə görə, tammiqyaslı işğal başlayandan bəri Rusiya qoşunları 400-ə yaxın səhiyyə obyektini - xəstəxanalar, doğum evləri, ambulatoriyalar və s. məhv edib, yaxud zərər vurub.


Etiketlər:  Ukraynada xərçəng xəstələrinin müalicəsi tamamilə dayanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ