Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evimizin uçuq divarını da tapmadım'' - Aygün Bayramova

''Evimizin uçuq divarını da tapmadım'' - Aygün Bayramova

Tarix: 9 May 2022 09:20

Xalq artisti Aygün Bayramova işğaldan azad olunan Ağdama səfərindən danışıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xanəndə "Söhbət musiqidən gedir" proqramında öz evlərinin yerini belə tapmadığını söyləyib:

"Martın əvvəlində Ağdama çəkilişə getdik. Efirdə oraları görmək bir başqadır. Amma gerçəkdə o torpaqları elə görmək bir dəhşət idi. Dedim, burada Ağdam, şəhər olub? Dağıdıblar, daş daş üstündə qalmayıb. Bir çörək zavodunun divarı, bir məscid qalıb. Bilirdik ki, orada heç nə qalmayıb. Amma belə də yox. Deyirdim, getsəm, evimizi uçuq divardan taparam. Amma heç uçuq divarımız da yoxdur. Nə evimizi, nə qəbiristanlığı tapdım. Torpağa elə işgəncə veriblər ki, hər yer səngər, mina. Bilmirsən sevinəsən, bilmirsən ağlayasan. Bu torpaq niyə bu gündədir? İnsan hansı hissləri yaşayır, dəhşətli haldır.

Aprel döyüşlərində atam dedi ki, deyəsən Ağdama qayıdırıq. Amma dörd il əvvəl rəhmətə gedib. Anam isə qələbəni gördü, amma onu apara bilmədim. Deyirdim, aparacam, ata-anasının qəbrini görsün. Arif Babayev gedəndə qəbiristanlıqda əzizlərinin məzarını tapmamışdı. Düşündüm, anamı aparsam, haradan tapacaq? Amma dünyasını dəyişdi".


Etiketlər:  Evimizin uçuq divarını tapmadım Aygün Bayramova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ