Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 15:48
Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını geri alıb Ukraynanı müharibədən sonra bərpa etmək üçün istifadə etməyi düşünməlidir.
Sonxeber.net bildirir ki, bunu "Financial Times"a müsahibəsində Aİ diplomatı Xosep Borrell deyib.
Borrell deyib ki, ABŞ qismən terror qurbanlarına potensial kompensasiya, eləcə də ölkəyə humanitar yardım göstərmək məqsədilə Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib, Rusiyanın ehtiyatları ilə də eyni şeyi etməyi düşünmək məntiqli olardı.
"Mən bunun tərəfdarı olardım, çünki bu, tamamilə məntiqlidir. Pul Avropa İttifaqındadır və kimsə mənə izah etməlidir ki, bu nə üçün əfqan pulu üçün yaxşıdır, rus pulu üçün pisdir", - o deyib.
Müharibənin əvvəlində Aİ və müttəfiqləri Rusiya Federasiyası Mərkəzi Bankının hesablarında saxlanılan yüz milyardlarla dollarlıq valyuta ehtiyatlarını dondurdular. Rusiya mart ayında 600 milyard dollardan çox qızıl-valyuta ehtiyatlarının təxminən 300 milyard dollarını dondurduğunu bildirib.
Borrell deyib ki, Ukraynanın yenidən qurulması üçün pulun necə ödənilməsi məsələsi cəlb olunacaq "inanılmaz miqdarda pul" nəzərə alınmaqla əsas siyasi məsələlərdən biridir. O, "hərbi təzminat"ın verilməsi üsullarının müzakirəsinin Rusiyadan gəlməsini istərdi.
Borrell, qərarın qəbul ediləcəyi təqdirdə, ABŞ-ın Əfqanıstan mərkəzi bankının dondurulmuş aktivlərinin 3,5 milyard dollarını humanitar yardım və 11 sentyabr hücumları qurbanlarının ailələrinə təzminat da daxil olmaqla ehtiyaclar üçün ayırmaq qərarına işarə edərək, görünməmiş bir qərar olmayacağını söylədi.
"Bu, ən vacib siyasi suallardan biridir: Ukraynanın bərpası üçün pulu kim ödəyəcək?", - Borrell deyib.
Aslan Məmmədov