Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2022 15:14
Türkiyənin Bursa şəhərində ən böyük ticarət mərkəzi "Zafer Plaza"da bir geyim mağazasının tavanı uçub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, insidentin ardınca mərkəzdə olan alıcılar çölə qaçmağa başlayıb.
İlkin məlumata görə, məşhur geyim mağazasında yaranan yanğından sonra mağazanın tavanı uçub.
Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Hazırda dağıntılar arasında qalanların olub-olmaması araşdırılır.