Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beş milyona yaxın ukraynalı işini itirib

Beş milyona yaxın ukraynalı işini itirib

Tarix: 12 May 2022 05:22

Ukraynanın Rusiya tərəfindən işğalı başlayandan təxminən 4,8 milyon ukraynalı işini itirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.

Qeyd olunub ki, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq. Döyüşlərin dərhal dayanacağı təqdirdə isə 3,4 milyon ukraynalı iş yerinə qayıda biləcək.

Məlumatda vurğulanıb ki, işini itirən 4,8 milyon ukraynalının 1,2 milyonu qaçqına çevrilib və qonşu ölkələrə üz tutub. Yerdə qalan 3,6 milyon işsizin isə hazırda Ukraynada olduğu bildirilib.


Etiketlər:  Beş milyona yaxın ukraynalı işini itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ