Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 08:18
Rusiya Silahlı Qüvvələri müharibə başlayandan Ukraynaya 487 raket hücumu həyata keçirib. Bu müddət ərzində Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
Onun sözlərinə görə, bu raketlərdən 213 ədədi "İsgəndər" operativ-taktiki raketi, 61 ədədi "Toçka-U" əməliyyat-taktiki raketi, 235 ədədi dəniz və hava bazalı qanadlı raketlərdir, ümumilikdə 4 917 hava uçuşu həyata keçirilib.
"Təkcə may ayı ərzində Rusiya Silahlı Qüvvələri Rusiya ərazisindən 49 raket zərbəsi endirib, 74 qanadlı və ballistik raket, o cümlədən 4 ədəd "İsgəndər", 8 ədəd "Toçka-U", 2 ədəd dəniz və hava bazalı qanadlı raket atılıb, 459 hava hücumu həyata keçirilib", - A.Qromov vurğulayıb.